Meksika liqası 8 oyunçusuna görə LƏĞV EDİLDİ

Meksikada koronavirus səbəbindən dayandırılan “1. Futbol Liqası”nın (MX Liqası) 2019-2020 mövsümü ləğv edilib.

Lliqanın ilk sırasında yer alan “Cruz Azul” və “Leon” komandaları növbəti sezonda CONCACAF Çempionlar Liqasında mübarizə aparacaqlar.

Bildirək ki, dünən liqanın 8 oyunçusunda COVİD-19 testlərinin cavabı pozitiv çıxıb.

leave a reply