2025-ci ildə çıxacaq yeni "iPhone" seriyasında "iPhone 17 Pro Max"ın 12 GB RAM-a malik yeganə model olacağı bildirilir.
"Apple" "iPhone 16" seriyasını satışa çıxarsa da, bütün gözlər artıq "iPhone 17" seriyasındadır.
Yeni məlumata görə 2025-ci ildə çıxması gözlənilən "iPhone 17" seriyasından olan "iPhone 17 Pro Max" modeli 12 GB RAM ilə təchiz ediləcək. Digər modellər 8 GB RAM ilə kifayətlənməli olacaq.
Etibarlı mənbələrin məlumatlarına görə, bu vəziyyətin səbəbi Samsungun yaddaş modulu istehsal xəttində yaşadığı problemlərdir.
Bu problemlərə görə, "Apple"ın sifariş etmək istədiyi milyonlarla "iPhone 17 Pro" və "Pro Max" üçün kifayət qədər 12 GB RAM modulu istehsal oluna bilmir.
"iPhone 17" seriyası ilə bağlı digər mühüm məlumat isə "iPhone 16 Plus"u əvəz edəcək "iPhone 17 Air" modelinin satışa çıxacağıdır.
Daha incə dizayna sahib olacağı gözlənilən "iPhone 17 Air"in "Apple Intelligence" xüsusiyyətlərini də dəstəkləyəcəyi bildirilir.