VƏTƏN UĞRUNDA MƏDƏTLİ ZÜLAL – ŞƏHİD

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Turan Araşdırma Mərkəzi və ONN TV-nin birgə layihəsi “Vətən Uğrunda” çərçivəsində şəhidlərimiz diqqətdə saxlanılır, şərəfli ömür və döyüş yollarından geniş məlumat toplanılır.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan Mədətli Zülal Rəhim oğlu 1991-ci il, 14 avqust Naxçıvan MR Şərur rayonu Çomaxtur kəndində anadan olmuşdur. Zülal Mədətli 44 günlük Vətən Müharibəsində torpaqlarımızı erməni tapdağından azad edərkən qəhramancasına şəhidlik zirvəsinə ucalmışdır. 
Şəhidimiz Zülal Mədətlinin yaxınları və doğmaları şərəfli ömür və döyüş yolundan danışıblar.

Xatırladaq ki, layihənin ideya müəllifi TAM sədr müavini Cavid İsmayıldır.
Geniş hazırlanmış videoçarxı təqdim edirik:


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png