Almaniyanın Karlsrue şəhərində keçirilən "Grenke Chess" festivalına start verilib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov festival çərçivəsində təşkil olunan "Freestyle Chess Open" turnirində ilk qarşılaşmasını keçirib. Təcrübəli qrossmeyster yerli şahmatçı Sebastyan Laemmel üzərində inamlı qələbə qazanıb.
Turnirdə digər təmsilçilərimiz də uğurla çıxış ediblər. Məhəmməd Muradlı almaniyalı rəqibi Gergel Mannı məğlub edib. Eltac Səfərli isə isveçrəli Qabriel Fernandesə üstünlük qazanaraq turu qələbə ilə başa vurub.