Masallıda şəhid Ağamalı Ağayevin xatirəsi anılıb

Masallıda şəhid Ağamalı Ağayevin xatirəsi anılıb

 

Masallı rayonunun Çaxırlı kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsi şəhidi Ağayev Ağamalı Şamil oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayon rəsmiləri, müharibə iştirakçıları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri və qonaqlar şəhid ailəsinin qayğıları ilə maraqlanıb, hər zaman onların yanında olduqlarını bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png