Cənubi-Şərqi Asiya ölkələrində Azərbaycan diasporunun yeni hədəfləri müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cənub-Şərqi Asiya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları nümayəndələrinin onlayn formatda görüşü keçirilib.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə Koreya Respublikası, Çin, Yaponiya, Monqolustan, Myanma, Tailandda yaşayan diaspor fəalları, “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının, Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərləri iştirak ediblər.

Tədbirdə Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan diaspor təşkilatları qarşısında müəyyənləşdirilən strategiya və yeni hədəflər xatırladılıb, Azərbaycanlıların Koordinasiya Şurası formatının diaspor quruculuğunda özünü doğrultmasından danışılıb.

Müzakirələr zamanı bildirilib ki, azərbaycanlıların tarixən miqrasiya etdiyi və sıx məskunlaşdığı Asiya qitəsində soydaşlarımızın bir araya gətirilməsi və daha mütəşəkkil qüvvəyə çevrilməsi baxımından Cənub-Şərqi Asiya Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi mühüm əhəmiyyət kəsb edə bilər. Asiya ölkələrində Azərbaycan diasporu sahəsində koordinasiya işinin effektivliyinin artırılması, bu coğrafi arealda yaşayan və fəaliyyət göstərən azərbaycanlıların birlik və həmrəyliyinin gücləndirilməsi, habelə optimal idarəetmə mexanizminin yaradılması məqsədilə Cənub-Şərqi Asiya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi zəruri hesab oluna bilər.

Sonra diaspor quruculuğu, lobbiçilik fəaliyyəti istiqamətində hədəflərlə bağlı təkliflər səsləndirilib və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, komitə əməkdaşlarının iştirak etdiyi onlayn görüşdə perspektivlərə dair fikirlərin ümumiləşdirilərək konseptual proqramın ərsəyə gətirilməsi qərarına gəlinib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png