Moldovada yaşayan azərbaycanlılar Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) təşkilati dəstəyi ilə Fransa Respublikasının Moldovadakı Səfirliyi qarşısında dinc aksiya keçiriblər.
Aksiya oktyabrın 3-də Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamlar yer alan, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq keçirilib.
Sözügedən qətnamə layihəsində Ermənistan-Azərbaycan münasibətlərinə tamamilə birtərəfli və qərəzli yanaşılaraq, 30 ilə yaxındır öz doğma yurd-yuvalarından didərgin düşmüş milyonlarla sadə azərbaycanlının ağrı-acıları, arzuları ümumiyyətlə nəzərə alınmayıb.
Aksiya iştirakçıları MAK-ın müraciətini Fransa Səfirliyinə təqdim ediblər. Bu müraciətdə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin imzaladığı üçtərəfli Bəyanata, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Ermənistan tərəfi hələ də Azərbaycana dəqiq və dolğun mina xəritələrini təqdim etmədiyi, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumat vermədiyi qeyd olunub.
Eyni zamanda, müraciətdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında yerləşən ərazilərimizin minalanması ilə Azərbaycana qarşı genişmiqyaslı təxribatından sonra ölkəmizin silahlı qüvvələrinin mövqelərini atəşə tutmasının çoxsaylı hərbi qulluqçuların itkisinə səbəb olduğuna dair məlumat yer alıb.
Moldovada yaşayan həmvətənlərimizin Fransa Səfirliyi qarşısında dinc aksiyası Moldova mediasında rumın və rus dillərində yayımlanıb.
ONN TV
Çap Et