“ZƏNGƏZUR TOPONİMİNİN QƏDİM ETNOGENEZ TARİXİ” – TURAN ARAŞDIRMA MƏRKƏZİ LAYİHƏSİNİN İCRASINA BAŞLAYIR

ONN TV “Turan Araşdırma Mərkəzi” İB-dən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci ldə elan etdiyi qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB-də olmuşdur. 


TAM-ın qalib gəlmiş “Zəngəzur toponiminin qədim etnogenez tarixi” adlı layihəsi çərçivəsində tanınmış ictimai-siyasi, elm xadimi, türkçü alim professor Əjdər İsmayılovun eyni adlı kitabının nəşri yer almaqla bir sıra tədbirlər nəzərdə tutulub.
Bu elmi əsərdə apardığı araşdırmalarda müəllif bu qənaətə gəlir ki, günümüzə kimi çoxsaylı müəlliflərin “Azərbaycan tarixi” adında yazdıqları kitabların heç birində çağdaş Azərbaycan dövlətçiliyinin tarixi qədim ümumtürk tarixi kontekstində araşdırılmamışdır. Unudulmuşdur ki, ruhu insanın canından, dırnağı mayadan ayırmaq olmaz! Ancaq rus imperiyasının XIX əsrin əvvəllərindən başlanan “Türksüz Ön Qafqaz” ideoloji ölüm konveyri 70 illik Sovetlər Birliyi dövründə etnokökü qarışıq olan, son nəfəsində də nifrət dolu bir pafosla “mən nə “türk” adında millət tanıyıram, nə də türk dili” – deyə ölkə rəhbərliyinin iştirak etdiyi elmi ictimaiyyət toplantısında açıq bəyanat verən bəzi aparıcı alimlərimizi gənclik illərindən düşmən mövqeyinə atdı. Azərbaycan tarixşünaslığında mütləq hakimiyyəti ələ keçirən həmin şəxslər Kremlin “Azərbaycan Respublikası” adlandırdığı coğrafiyada “çoxmillətli xalqlar”ın tarixini yazdılar və yazdırdılar. Bu kontekstdə də tarixşünaslığımızda düşmən konsepsiyasını – “Azərbaycan xalqının etnokökü” məsələsini elmin aparıcı modelinə çevirən, özləri kimi yad düşüncəli, ziyankar etnik qələm sahibləri yetirməyə nail oldular. Bununla da onlar heç bir elmi qaynaqda adı belə çəkilməyən gəlmə etnikləri, hətta hayları türkün əcdad torpaqlarına sahib etdilər. Mənsəb və şöhrət naminə hakimiyyətin müti nökərlərinə çevrilmiş bu dönüklər Azərbaycan türkünün Ön Qafqazda köklənmiş ən qədim nəsil ağacının budaqlarını ümumtürk tarixindən nəinki ayırdılar, hətta qara torpaqdan onun rişələrini də qazıyıb atdılar.
Zəngəzur toponiminin qədim etnogenez tarixi” adlı tədbirlərin keçirilməsi Naxcıvan Dövlət Universiteti, AMEA, Azərbaycan Dövlət Pedoqoji Universiteti və ADPU-nun Quba filialında nəzərdə tutulub.
Tədbirlər cari ilin 20 sentyabr və 31 oktyabr tarix araları keçiriləcək


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png