İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü

İsmayıllı və Hacıqabul rayonlarının sakinlərində silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan İJ-16 markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Bundan başqa, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png