Azərbaycanda ərzaq mağazasında külli miqdarda narkotik aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Elçin Qasımov narkotik vasitə qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma apaılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png