İnsultdan necə qorunaq?

İntensiv fiziki fəaliyyət, o cümlədən evdə aktiv olmaq və televizor ekranı qarşısında keçirilən vaxtın məhdudlaşdırılması insult riskini əhəmiyyətli dərəcədə azaldır.

400 000-ə yaxın könüllü üzərində 8 il ərzində aparılan müşahidələr zamanı 6983 insult hadisəsi qeydə alınıb. Eyni zamanda, könüllülərin həyat tərzi, iş, istirahət və fiziki aktivlik məlumatlarını təhlil etdikdə, daha aktiv fiziki həyat tərzi keçirənlərin insult riskinin 17 faiz aşağı olduğu məlum olub.
Alimlər həmçinin müəyyən ediblər ki, çox uzun yatmaq, gəzintiləri məhdudlaşdırmaq, həmçinin televizor ekranı qarşısında çox vaxt keçirmək vərdişləri insult ehtimalını 43 faiz artırır. Bütün bunlara əsaslanaraq, çinli alimlər tez-tez gəzməyi, aktiv həyat tərzini tövsiyə ediblər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png