"Bandotdel" əməliyyat keçirdi - "Niva"dan avtomat götürüldü

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb.
Şəxşi axtarış zamanı ondan 2 ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png