Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb.
FHN-dən  bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən, 100 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png