Hirkan Milli Parkında yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları köməklik göstərirlər.
Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png