Türkiyədə yüzlərlə əsgər həbs olundu

Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib.
50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb.
Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş.
FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb.
İzmir Baş Prokurorluğu həmin şəxslər haqqında həbs qərarı çıxarıb.
Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png