MAKRON, SƏN KİMİN XORUZUSAN? – CAVİD İSMAYIL YAZIR

Tarixə nəzər salsaq,  bu gün dünyada demokrat siması altında əsl riyakar sifətlərini gizlədənlərin olduğunu açıq görərük. Mən ilk olaraq Firəngistanın,  yəni Fransanın dünyada insanlığa, bəşəriyyətə qarşı törətdiyi bəzi soyqırımları qısa da olsa, xatırlatmaq istəyirəm. Dünya tarixinə nəzər salsaq, Amerika və indiki Kanadanın ərazisi daxil, Afrikanın şimalında yerləşən Tunis, Liviya, Mərakeş və elə ən yaxın tarixdə, 1994- cü ildə “Ruanda soyqırımı” və ya rəsmi olaraq “Tutsilərin soyqırımı” kimi tanınan qətliamı da daxil olmaqla insanlığa utanc olan hadisələr hələ də hafizəmizdədir. Bəli, bu qanlı soyqırım hadisələri bəşər tarixində bütün insanlıq adına utancvericidir.
Amerikanın aborogen xalqına qarşı fransızların da ədyallara qəsdən ağır yoluxucu-ölümcül xəstəlik olan “Çiçək” virusları yerləşdirərək hinduların yaşadıqları yaxın ərazilərdə dağıtdıqlarını çox yaxşı bilirik. İnsanlar bu ədyallardan  istifadə etdikdə  ölümcül xəstəliyə yoluxur və sözün əsl mənasında qırılırdılar.
1830-cu ildə – Fransa  Əlcəzairi ilhaq etdiyi zamana qədər əhalisi 3.5 milyon olduğu halda, istilanın sonuna, yəni 1875-ci ilə qədər 1 milyona qədər azaldı. Bəli, dünyaya demokratiya və insan hüquqları dərsi keçən Fransanın Əlcəzairdə törətdiyi əsl soyqırım hadisəsidir ki,  bu barədə soyqırım üzrə Avstraliyalı mütəxəssis Ben Kiernan özünün “Qan və Torpaq: Spartadan Darfura qədər ümumdünya soyqırım və məhvetmə tarixi” əsərində fransızların yerli əhaliyə qarşı amansız davranması və məqsədli olaraq onları məhv etmələri haqqında geniş məlumat verir.
Dünyada demokratiya pərdəsi altında gizlənən, guya insan azadlığı “hamisi” olan Fransanın 1961-62-ci illərdə müstəmləkə zülmünə qarşı çıxan, öz torpağında müstəqil yaşamaq, öz torpağının sahibi olmaq istəyən  Əlcəzair və Tunisdə 1.5 milyon dinc insanı, qadın, kişi, uşaq və ahıl demədən məhv etdiyini unutmamışıq.
Bir cəmiyyətdə ki, xəstə xislət islah edilmir o özünü zaman-zaman  göstərməyə məhkumdur.  Elə bu baxımdan  1994-cü ildə tarixə “Ruanda soyqırımı” və ya rəsmi olaraq “Tutsilərin soyqırımı” kimi  düşən, Ruandada dinc əhaliyə qarşı soyqırımın törədilməsinın arxasında bilavasitə Fransanın dayanması ona dəlalət edir ki, bu ölkədə hələ də dədədən yaşanan, dinc insan qanının axıdılmasından həzz alanlar var.
Bu soyqırımda bilavasitə və dolayısı ilə, Fransanın əlinin olması haqqında elə Fransa Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsinin məlumatlarına əsasən məşhur Mediapart xəbər saytı  “Ruandadakı soyqırımı ilə bağlı Fransanın yalanını üzə çıxardı” adı ilə geniş təkzibedilməz materiallarla yazı da getmişdi.
Belə soyqırım, insanlığa qarşı cinayət, azad söz, demokratik fikir, haqq səsini çıxarana qarşı amansız davranmaları haqqında misallar kifayət qədərdir.
Bu ənənə Fransada bu gün də “dəbdədir”. Elə son “Sarı jiletlilər” adlandırılan aksiyaların bütün dünyanın gözü qarşısında sözün əsl mənasında darmadağın edilmişdir. Bu hadisələrdə insani tələblərini irəli sürən insanların amansızcasına öldürülməsi, xeyli sayda yaralanması, həbs edilməsi hələ də gündəmdədir.
Axı bütün dünya görür ki, Fransa Makronun simasında bu gün zaman-zaman qazandığı dəyərlərin bir daha üstündən xətt çəkərək tarixdə qazandığı haqsızlıq, terrora dəstək, beynəlxalq hüququ tapdalamaq kimi tarixin qaranlıq, utancverici və qanlı səhifəsinə doğru sürətlə irəliləyir. Bəli, insanlıq adına bu utancverici mərtəbəyə  enməyin arxasında əlbəttə, maraqlı qüvvə və ya qüvvələr var. Bu da aydındır ki, bu qaranlıq xislətli qüvvələrin niyyəti belə sadə fransızların maraqlarına ziddir. Amma mənə maraqlıdır görəsən o qüvvələr kimlərdir? Bir sözlə, görəsən Makron kimin xoruzudur?!
Mən ümid edirəm ki, əsl demokrat və insani keyfiyyətlərə hələ də sadiq olan fransızlar  özlərində cəsarət tapıb Makronun özünün qoltuğuna xoruz verib yola salacaqlar. Bununla da Fransanı çirkabdan xilas edərək yeniləşdirəcəklər.
Yeri gəlmişkən, Fransanın təmiz niyyətli siyasət adamlarına və Fransız xalqına bir faktı çatdırmaq istəyirəm.

İkinci Cahan Savaşının iştirakçısı, alman faşistlərinə qarşı Müqavimət Hərəkatına rəhbərlik etmiş, partizan, Fransanın prezidenti olmuş Şarl de Qoll əfsanəvi azərbaycanlı partizan unudulmaz Əhmədiyyə Cəbrayılovu tapmaq üçün Bakıya gəlmişdi.
Prezident Şarl de Qoll sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxt Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Söz  veriblər ki, heç bir zaman bir-birlərini unutmayacaqlar.
Generalın  yüksək rütbəli  sovet rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə dediyi bu sözləri xatırlatmaq istəyirəm: “Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”.
Əfsuslar olsun ki, Makronun simasında bu gün Fransa qazandığı dəyərlərin üzərindən xətt çəkərək bütün beynəlxalq hüquq və normaları ayaqlar altına nümayişkarənə  şəkildə atır. Özü tarix boyu dəfələrlə soyqırım törədicisi olduğu halda, Türkiyəni olmayan soyqırımda suçlayır. Lakin dünyanın gözü önündə Azərbaycanda ən yaxın tarixdə ermənilərin soyqırım törətdiyini özlərini korluğa qoyaraq görmürlər.
Bu günlərdə Fransa Senatında qəbul edilmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması zərurəti” adlı qətnamə təklifi bir daha göstərir ki, Fransa cəmiyyəti, sadə Fransa xalqı dünyada beynəlxalq hüququ tapdalayan, terrora hüquqi dəstək verən bir ovuc qara xislətli siyasətçinin  əlində əsirdir.
Bu halda Fransa nə ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz. Fransa betnəlxalq hüququ saymazlıqdan gələrək, beynəlxalq terrora dəstək verən ölkə kimi  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi nümayəndəliyindən çıxarılmalı və Fransanın mövcud hakimiyyəti barəsində hüquqi araşdırmalar aparılmalıdır.
Sonda bildirim ki, Makron və sağlam Fransa cəmiyyətinə xəyanət edən, Fransanın qurucusu olan De Qoll mənəviyyatına ləkə salanlar anlayın ki, biz Türkük! Biz dostu və düşməni, bizə qarşı edilən kişiliyi də, nakişiliyi də unutmuruq. Biz babanız Napoleonun “Mənə Türklərdən ibarət ordu verin dünyanı fəth edim” həsəd edərək dediyi Türklərik. Biz Türklər bir əlimizdə ədalət, digərində qılınc tutarıq!
Saysız səhvlər içində batan Makron və erməni xislətinə xidmət edən Fransa parlamentinin zavallı nümayəndələri, babanız və mənim şəxsən tarixi şəxsiyyət kimin pərəstiş etdiyim qəhrəman general De Qoll deyirdi; “Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.”

ONN TV

image_printÇap Et

MARAQLI

Dünən, 19:37 Dünən, 19:37

Plastik aksesuar dəbi geri döndü

Dünən, 18:38 Dünən, 18:38

Ağ kələm salatı resepti

Dünən, 12:19 Dünən, 12:19

Neft 70 dolları ötdü

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png