Tbilisi salatının hazırlanması

Tərkibi:
Qırmizi lobya- 1 banka
Mal əti yağsız (bişmiş)- 300 q
Qırmızı baş soğan- 1 ədəd
Qırmızı bolqar bibəri- 1 ədəd
Qırmızı istiot-0,5 ədəd
Sarımsaq- 3 diş
Qoz- 50 q
Keşniş- yarım dəstə
Qara istiot-zövqə görə
Zeytun yağı 4-5 x.q
üzüm sirkəsi- 1 x.q
duz- zövqə görə

Hazırlanması:
Soğanı nazik yarım halqa şəklində doğrayırıq. 2 dəq qaynar suya salıb çıxardırıq ki, dugər ərzaqların tamını korlamasın. Bolqar bibərinin içini təmizləyib nazik uzun doğrayırıq. Əti kub şəklində doğrayırıq. Qırmızı istiotun da içini təmizləyib xırda-xırda doğrayırıq. sarımsağı həm doğramaq, həm də sarımsaq əzənlə əzmək olar. Qırmızı lobyanın suyunu süzüb yuyuruq. Qozu xırda doğrayıb qovururuq. Bütün ərzaqları qarışdırıb, zövqə görə duz və istiot vuururuq. Zeytun yağını üzüm sirkəsi ilə qarışdırıb salata əlavə edib, qarışdırırıq.

Nuş olsun!

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png