Balıq ləvəngisi resepti

Tərkibi:
Böyük qırmızı soğan - 2 ədəd
Qoz - 200 qr.
Duz, istiot - zövqə görə
Sumax - 1 y.q.
Alça turşusu - 2 y.q.
Kütüm balığı - 2-3 kq.
Bitki yağı - ½ st.

Hazırlanması:
Soğan və qozu ayrıca ət maşınından keçiririk. Ədviyyələri əlavə edirik duz, istiot, sumax. 1 ç.q. alça turşusu ilə qarışdırırıq. Bu qarışımı içəridən və üst hissədən balıqa vururuq. Təmizlənmiş balığı ləvəngi içliyi ilə doldurub, tikirik. Balığı bitki yağı ilə yan tərəfi üstünə sobaya qoyuruq, bişiririk. Balıq ləvəngisini soyuq və ya isti, əsas yemək kimi ya da plov yanına qarnir kimi veririk.

Balığın yanında pomidorlu, qozlu, göyərtili və narşərablı salat çox yaxşı gedər. Narşərab sousunda çox sayda C vitamini, meyvə asidləri, antioksidant, tanen və fitonsidlər var. O hemoqlobini yüksəldir (xüsusilə anemiyadan əziyyət çəkən insanlarda), mübadilə prosesini normallaşdırır, orqanizmi vitaminlərə doyurur və qan artımında vacib rol oynayır.

Nuş olsun!

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png