Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:
1 kq sümüklü ət (qoyun,quzu və ya mal)
5 ədədsoğan
7 ədəd kartof
3-4 ədəd bolqar bibəri
2-3 ədəd pomidor
2 ədəd dəfnə yarpağı
1 çimdik qırmızı acı bibər tozu
duz, istiot

Hazırlanması:
İlk öncə ətı doğrayıb yuyun. Yuyulub suyu süzülmüş ətləri qazana yığın. Üzərinə 3 stəkan qaynar su töküb ocağa qoyun. Bişdikdə üzərinə yığılan kəfi götürüb dəfnə yarpağı atın və ət yumşalana qədər bişirin. Bolqar bibərini doğrayın, kartofların qabığını soyub dilimləyin. Pomidoru da dilimləyin, soğanları da halqa formasında kəsin. Bişmiş ətlərin üzərinə doğranmış bolqar bibəri, kartof, pomidoru və soğanları əlavə edin. Duz, istiot, acı bibər tozu səpib qarışdırın. Qazanın qapağını örtüb kartoflar bişənədək vam odda bişirin. Yeməyin üzərinə doğranmış göyərti səpib süfrəyə verin.

Nuş Olsun!

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png