QHT dövlət əməkdaşlığına doğru atılan addımlar daha səmərəli olmalıdır- Birlik sədrindən açıqlama

Azərbaycan dövləti QHT-lərə öz qayğısını 2008-ci ildən birmənalı olaraq artırmışdır. Prezidentin sərəncamı ilə yaradılan QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması cəmiyyətdə QHT-lərə olan yanaşmalardakı yanlışlıqlara son qoydu, QHT-lərin instisional inkişafı artdı,  QHT-lərin maliyyələşməsində düzənli bir sabitlik yarandı. QHT-lər vətəndaş cəmiyyətinin ən fəal qurumu kimi özünü doğrultdu, mənəvi çatışmazlıqların, sosial, təhsil, tənd təsərrüfatı, səhiyyə, mədəniyyət kimi  mühüm sahələrdə kök sürən stereotiplərin aradan qaldırılmasında dövlətin güvəndiyi bir quruma çevrildi.

 Bu fikirlər “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva QHT-dövlət əməkdaşlığına doğru atılan addımlar daha səmərəli olmalıdır” adlı məqaləsində qeyd edilib.

QHT.az  məqaləni təqdim edir.

Zaman isə sürətlə dəyişir. Xüsusilə, son illər baş verənlər bütün sahələrdə olduğu kimi, QHT sahəsində də yeni dəyişikliklər tələb edirdi. Azərbaycan pondemiya dövrünü yaşamışdı. Azərbaycan ötən müddətdə 44 günlük Vətən müharibəsinin odundan, alovundan keçmişdi. Cəmiyyətdə gedən bu ciddi dəyişiklər baxımından təbii ki, QHT sektorunda da yeni çağırışlara ehtiyac vardır.  Bu çağırışları çox gözləməli olmadıq. Ən əvvəl 2021-ci ilin sonunda Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması haqqında sərəncam imzaladı. Pondemiyadan sonra ilk layihərə start verildi. Artıq bu layihələrin ruhunda qalib bir xalqın nəfəsi vardır, qalib ordunun düşməndən azad etdiyi torpaqların çağırışı vardır. Lakin dövlət QHT-lərdən daha geniş fəaliyyət, daha aktiv iştirakçılıq tələb edirdi. Bu da öz-özlüyündə yeni çağırış meydana gətirdi ki, “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” artıq zamanın tələbi idi.

Azərbaycan Respublikası Prezident Administrasiyasının və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı  ilə“QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Qəbələ rayonunda, Heydər Əliyev Konqres Mərkəzində keçirilən konfransın iştirakçısı kimi onun əhəmiyyətindən bəzi qeydlərimi yazmaq istəyirəm. Əvvəla, konfransda hər bir rayondan həm icra hakimiyyətindən, həm də iştimai birliklərdən nümayəndələr dəvət olunmuşdu. Bu da bir daha onu göstərir ki, dövlət yerlərdə idarəetmə sisteminin işində ictimai birliklərin iştirakını dəstəkləyir. Bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahovun çıxışlarında da aydın gördük.

Bildirildi ki, bu gün sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizdəki hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır. Bütövlükdə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlayışları özündə birləşdirən ictimai nəzarət həm də dövlət idarəçiliyinə bir institusional dəstəkdir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrildiyini vurğulayıb. O, dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

V.Quliyev QHT-dövlət münasibətlərində yeni mərhələnin başladığını bildirərək, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə və qarşısına qoyulmuş vəzifələrə diqqət çəkib.


Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova  həm vətəndaş cəmiyyətinin, həm də dövlət qurumlarının sosial şəbəkələrdə fəal olmasının vacibliyindən danışır. O son vaxtlar sosial şəbəkələrdə ən çox diqqət çıkın məsələləri sadalayır və qeyd edir ki, sizlər bu yolla həlli vacib ən mühüm problemi qabarda və müvafiq qurumların diqqətini ora yönəldə bilərsiniz. Ruhi xanım ayrı-ayrı rayonlardan qaldırılan məsələni qeyd etsə də mənim diqqətimi Zaqatalanın Aşağı və Yuxarı Tala kəndlərinin içməli su ilə bağlı problemi daha çox cəlb etdi və mən də öz növbəmdə çıxışım zamanı bu məsələyə toxundum. İctimaiyyət davamlı olaraq bu problemdən söz açsa da müvafiq Nazirliklər hələ də susur. Çünki bu problemin həlli rayonun maliyyə imkanı xaricindədir.


Müzakirələrdə çıxış edənlərə tövsiyyə edildi ki, icra hakimiyyətləri nəzdində yaradılan İctimai Şuraların fəaliyyətindən faktlara əsaslanaraq danışılsın. Konfransın ən səmərəli və məhsuldar işi də elə bu çıxışlar zamanı oldu. Vüsal Quliyevin çıxışlara etdiyi müdaxilələrdən sonra aydın oldu ki, İctimai Nəzarət sahəsindəki işin təşkilində hələki çox nöqsanlar var. Bu nöqsanların aradan qaldırılması üçün İctimai Nəzarət Şuralarının işinə yenidən baxılmalı, bu Şuraların tərkibi daha gənc kadrlarla tamamlanmalı, hər bir tədbir həm İH-lərin saytında, həm də sosial şəbəkədə paylaşılmalıdır. Məlum oldu ki, şura üzvlərinin seçimində də ciddi nöqsanlar var. Eyni nöqsanlar bütün rayonlarda mövcud olduğundan iradlar da hamıya müraciətlə edilir və təlimatlar verilirdi.

İctimai nəzarət funksiyası İctimai Birliklərin fəaliyyət missiyasına birbaşa daxil olduğu üçün keçirilən zona konfranslarından məmnun qalmamaq mümkün deyildi. Həqiqətən, bu konfranslarda  bir daha vurğulandı ki, dövlətin cəmiyyəti həyatının bütün sahələrində mövcud olan çatışmazlıqların üzə çıxarılması, ictimailəşdirilməsi sahəsində QHT-lərdən gözləntiləri daha çoxdur. Bunun üçün qarşılıqlı surətdə QHT-dövlət əməkdaşlığına doğru atılan addımlar daha səmərəli olmalıdır.

  QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Qəbələdə keçirilib

Konfransda, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvi Günel Səfərova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, İsmayıllı və Ağdaş rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbələ təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında geniş məlumat verib.

Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd edib. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsinin və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png