Naxçıvanlı kanon ifaçısı konsert üçün Bakıya dəvət olunub

Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin müəllimi, Prezident mükafatçısı Sevinc Babayevaya Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin rəhbərliyindən birgə konsert üçün təklif gəlib.

Belə ki Xalq artisti, professor, “Şöhrət” ordenli Ağaverdi Paşayevin dəvəti ilə kanon ifaçısının Bakı şəhərində konsert proqramı ilə çıxışı gözlənilir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin müşayəti ilə keçiriləcək konsert proqramının yaxın aylarda təşkil olunacağı planlaşdırılır.

Qeyd edək ki, konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində keçiriləcək.



ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png