Aynişandan daha bir maraqlı addım

Əməkdar artist Aybəniz Haşımovanın influser qızı Aynişan Quliyeva ilk döyməsini etdirib.

Bu barədə o, instaqramda video paylaşıb. Aynişan qoluna Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Xalid Quliyevin adını yazdırıb və adının sonluğunu kiçik göyərçinlə tamamlayıb.

Qeyd edək ki, Şəhid Xalid Hüseynxan oğlu Quliyev 1962-ci il sentyabrın 9-da Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Bakı şəhəri Nizami rayonu 62 saylı məktəbdə təhsil alıb. 1980-1982-ci illərdə Almaniyada hərbi xidmətdə olub. 1989-cu ildə Politexnik İnstitutuna daxil olub. Tələbəlik illərində Xalq Təhsili Nazirliyinin nəzdindəki Təcrübə Sınaq zavodunda sex rəisi işləyib.

Xalid Quliyev könüllü olaraq Daxili Qoşunların döyüşçü dəstəsinə üzv yazılıb. Ağdərədə gedən qanlı döyüşlərdə böyük şücaət göstərib. Naxçıvanik kəndi düşməndən azad olduqdan sonra ən hündür yüksəkliyə Azərbaycan bayrağını məhz Xalid Quliyev sancıb. Şəhidin sonuncu döyüşü Manikli kəndində olub. 1992-ci il iyulun 10-da kəndi azad etdikdən sonra düşmən əsirliyində olan üç əsgərimizi mühasirədən azad edən Xalid qayıdarkən yolda minaya düşərək həlak olub.

Şəhid Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseyi şəhidin adını daşıyır. Həmçinin yaşadığı küçəyə Xalid Quliyevin adı verilib


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png