Öz şirəsində dadlı pomidor resepti

Bu reseptdə sirkə istifadə olunmur və buna görə pomidorların dadı daha təbii alınır.

Bu pomidorları qışda müxtəlif yeməklərin hazırlanmasında və həmçinin salatlar üçün istifadə etmək olar.

Tərkib:

- 3 kq xırda pomidor

 2,5 kq yetişmiş iri pomidor

- 1 l pomidor şirəsi üçün 1,5 x.q. duz və 1 x.q. şəkər tozu götürülür

- sarımsaq - 2 ədəd (hər bankaya)

- qara istiot - 3-4 ədəd (hər bankaya)

Hazırlanması:

1. Xırda pomidorlar yuyulur, diş çöpü ilə bir neçə yerdən deşilir.

2. Sterilizə olunmş 1-lik bankaların dibinə sarımsaq və istiot qoyun, xırda pomidorları kip yığın (3 banka alınır), üzərinə qaynar su tökün, qapaqlarla örtün, 20 dəqiqədən sonra suyu boşaldın.

3. İri pomidorları doğrayın, qazana qoyun, qapaq altında qaynara düşənə qədər qızdırın (qaynatmayın).

4. Kütləni ələkdən sıxın. Pomidor şirəsi alınacaq.

5. Hər 1 l pomidor şirəsinə 1,5 x.q. duz və 1 x.q. şəkər tozu əlavə edin, vam odda 1-2 dəqiqə qaynadın ki, şəkər tozu və duz həll olunsun.

6. Qaynar şirəni pomidorların üzərinə tökün, dərhal sterilizə olunmuş qapaqlarla bağlayın.

Nuş olsun!


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png