Ən asan plovu belə hazırlayın

Ərzaqlar;

•3 stəkan uzun düyü

•4 yemək qaşığı ərinmiş kərə yağı

•1 stəkan təmizlənmiş şabalıd

•½ stəkan quru ərik

•1 stəkan quru gavalı 

•½ stəkan quru İran xurması

•½ stəkan ağ kişmiş

•1 kilo kiçik parçalara bölünmüş toyuq əti 

•1 ədəd baş soğan

•1/3 çay qaşığı zəfəran

•Duz

•İstiot


Hazırlanması;

•Düyünü təmizləyin və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun

•Düyünü ləyənə qoyub, üstün örtəcək qədər ilıq su tökün

•Suya 1 yemək qaşığı duz atın

•Kənara qoyun

•Digər ərzaqları hazırlayın

•Tavada 2 yemək qaşığı yağ qızdırın

•Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın

•Üstünə ərik, gavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın

•Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın

Tavanı kənara çəkin

•Plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun

•Qaynadın

•Düyünü süzün və bu suya əlavə edin

•Təxminən 7-10 dəqiqə ərzində arada qarışdıraraq bişirin

•Düyünün dadına baxın hazır düyü bir qədər yarımbişmiş qalmalıdır yumuşaq olmamalıdır

•Düyünü süzün və kənara qoyun

•Qazanda 1 yemək qaşığı kərə yağı əridin

•Toyuq ətini qazanın dibinə bir lay düzün

•Üstünə bir az duz və istiot səpin

•Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün

•Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin

•Soğan layının üstünə düyünün yarısını tökün

•Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün

•Qalan düyünü meyvələrin üstünə tökün

•Plovun üstünə 1-2 yemək qaşığı kərə yağı tökün

•Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun

•Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin

•Sonra qapağını açıb düyünün üstünə zəfəran tökün

•Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin

•Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir

•İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə qoyun


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png