Həm arıqladır, həm immuniteti yüksəldir

Pəhriz saxlayarkən ən arzuolunan qida şirniyyatdır. Orqanizmə qida daxil olmayanda, qanda olan serotonin hormonunun miqdarı enir və insan özünü pis hiss etməyə başlayır. Əgər qarşınıza arıqlamaq məqsədini qoymusunuzsa, o zaman 3 həftəlik portağal pəhrizini sınayın.

Pəhrizin məqsədi:
• Orqanizmi artıq piylərdən azad etmək
• Orqanizmi şlaklardan və toksinlərdən təmizləmək
• İmmuniteti yüksəltmək
• Sellüliti yox etmək
• Bədəni mineral və vitaminlərlə zənginləşdirmək
• Şirniyyata olan meyilliyi azaltmaq
Pəhrizin qaydası:
I həftə
• Hər gün 1 kq. portağal yemək lazımdır
• Rasiona 2 ədəd soyutma yumurta
• 2 stəkan yoqurt
• 2 litr qazsız mineral su əlavə et.
II həftə
• Yuxarıdakı rasion dəyişmir.
• Bu rasiona duzsuz qarabaşaq sıyığı əlavə olunur.
III həftə
• Hər şey olduğu kimi qalır.
• Ancaq 2 stəkan yoqurt qatıqla əvəz olunur.
• Menyuya meyvə və buxarda bişmiş tərəvəzlər daxil edilir.
İstənilən qədər çay, kofe və təbii şirələr içmək olar. Şəkər əvəzinə isə şəkərəvəzləyicisindən
istifadə etmək lazımdır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png