Kökəlmək üçün lazım olan rejimi təqdim edir:
Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olumuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş 1 dilim çörək və 2 stəkan kakao.
Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü və və ya kartof ilə ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şəkərli kofe.
Axşam: süddə bişmiş düyü, 2 dilim çörək, təzə meyvələrdən salat.
Mütəmadi olaraq bu pəhrizi təkrarlayın.
Hər gün qida rejiminizdə bu ərzaqların olmasına çalışın:
Süd - 1 stəkan, kəsmik, pendir, qoz-fındıq.
Ət məhsulları - balıq, quş əti, yumurta.
Tərəvəz - salat və göyərti.
Meyvə şirəsi - ən az 2 stəkan, meyvə salatı.
Çörək - hər dəfə 2 dilim, qarabaşaq, düyü, makaron.