Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.
Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.