Hərbi təyyarələrimiz döyüş manevrləri etdi

Hərbi təyyarələrimiz döyüş manevrləri etdi Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.
Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

Geri qayıt