İraqın şimalında PKK terrorçularının açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub, daha biri yaralanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Terrorçular Türkiyə ordusunun "Pençe-Şimşek" antiterror əməliyyatının keçirdiyi bölgəni atəşə tutub. Yaralı əsgər xəstəxanaya yerləşdirilib.