Türkiyə indiyədək məhv etdiyi terrorçuların sayını AÇIQLADI

Son 1 ayda terrorçulara qarşı 6 böyük, 16 orta səviyyəli əməliyyat keçirilib. 24 iyul 2015-ci ildən bu yana 18 455 terrorçu, bu ilin əvvəlindən isə 1865 terrorçu zərərsizləşdirilib.
Bunu Türkiyə Milli Müdafə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analiz və qiymətləndirmə mütəxəssisi mayor Pınar Kara bildirib.
Onun sözlərinə görə, aprelin 23-də başlayan və eyni vaxtda İraqın şimalında Metina və Avaşin-Basyan bölgələrində həyata keçirilən "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatlarında indiyə qədər 244 terrorçu zərərsizləşdirilib:
"İraq başda olmaqla bütün qonşularımızın sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ölkəmizə qarşı terror təhlükəsi əleyhinə apardığımız bütün əməliyyatlar nəticəsində 600 mina və partlayıcı qurğu aşkar edilərək məhv edilib, çoxlu sayda silah-sursat və digər vasitələr ələ keçirilib. Bu əməliyyatlar beynəlxalq hüquq və özünümüdafiə hüququ çərçivəsində yalnız bölgədəki terrorçu ünsürləri hədəf alaraq həyata keçirilir".
P.Kara əlavə edib ki, qaçaqmalçılığın və qeyri-qanuni mühacir axınının qarşısının alınması və terrorçularla mübarizənin effektivliyinin artırılması çərçivəsində sərhədlərdə texnoloji vasitələrlə dəstəklənən fiziki təhlükəsizlik sistemləri qurulub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png