Samuxda 21 yaşlı gənc həmkəndlisini bıçaqlayıb

Samux rayonunda məhyerlisini bıçaqlamaqda təqsirli bilinən Taleh Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icratına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası noyabrın 10-na təyin olunub.
Qeyd edək ki, hadisə Samux rayonunun Çobanabdallı kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.
Xəsarət alan hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png