Samuxda 21 yaşlı gənc həmkəndlisini bıçaqlayıb

Cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icratına verilib.
Qeyd edək ki, hadisə Samux rayonunun Çobanabdallı kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov mübahisə zəminində həmyerlisi, 2000-cı il təvəllüdlü Taleh Məhərrəmov tərəfindən bıçaqlanıb.
Xəsarət alan hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.