Azərbaycanda daha bir tanınmış şəxs vəfat etdi

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin qocaman əməkdaşı, Bərpa laboratoriyasının bərpaçı-rəssamı, əməkdar mədəniyyət işçisi, gözəl mütəxəssis Əmir Yusif Zəvərov 86 yaşında vəfat edib.
Əmir Yusif Zəvərov ömrünün son günlərinədək muzeyin arxeoloji materiallarını bərpa edərək onlara ikinci həyat bəxş edib. İxtisasca memar olan Ə.Zəvərov SSRİ Memarları İttifaqının üzvü olub. Əhəmiyyətli layihələrin müəllifi olan Ə.Zəvərov gənc yaşlarından arxeolji ekspedisiyaların tərkibində memar və rəssam kimi iştirak edib. Onun böyük təcrübəsi muzeydə arxeoloji eksponatların bərpasında öz əksini tapıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png