ÜLVİYYƏ HƏMZƏYEVA: “…MƏNİ ÖZÜ TAPIB” – MÜSAHİBƏ

Dəyərli oxucularımız, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010-2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, V və VI çağırış Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva ONN media –nın qonağı oldu. Ülviyyə xanımın səmimi açıqlamaları ilə hazırladığımız müsahibəni Sizə təqdim edirik.
Seçicilərin hüquqlarını parlamentdə qorumaq şansını siz gənc yaşınızda qazanmısız. Bu yaşda deputatlığa namizədliyinizi irəli sürüb parlamentdə təmsil olunmaq bir gənc xanım üçün necə bir duyğu idi?
Bəli, gənc yaşlarında millət vəkili oldum. Bu qürurvericidir və böyük bir məsuliyyət hissidir. Təmsil etdiyim seçicilərimin təklif, şikayət və problemlərini lazımı instansiyalara çatdırır və müəyyən dərəcədə qanun çərçivəsində əksəriyyəti öz həllini tapır. Təbii ki, yalnız seçicilərimin deyil, mənim köməyimə ehtiyacı olan hər kəsə, məsələlərinin müsbət həll olunmasına yardım etməyə çalışıram.Lakin qeyd edim ki, Dövlətimizin qoyduğu qanunlar var və bu gün hər vətandaşın hüquqları həmin qanunlarla tənzimlənir.
Rəssamlıq və deputatlıq hər ikisi fərqli sahədir. Bu fərqli sahələrlə məşqul olmaq hansısa çətinliklər yaradırmı?
Mən müsahibələrimdə bunu hər zaman vurğulamışam, hər bir sənət siyasidir deyə. Hər hansı bir sənət adamı, hər hansı bir dövlət ərazisində yaşayır, həmin dövlətin bir idarəetmə prinsipləri var və hər insan öz fəaliyyətini bu prinsiplərə uyğun qurur.Bir çoxları-mən siyasətdən uzağam deyir, öz sənətimlə məşğulam ,bu məsələlər manə ait deyil, vurğulayır. Lakin bu düşünmə tərzinin özü bir siyasi mövqedir. Hər bir sənət adamı cəmiyyətlə dialoq aparır. Öz tarixi qədimliyini, mifologiyasını, məişətini, dövri hadisələri əsərlərində əks etdirir. Mən rəssamam və bu gün mənim sənətimə deputatlıq fəaliyyətim mane olmur və əks olaraq deputat fəaliyyətimə sənətim mane olmur. Əksinə mən sadə insanam və yaradıcılıq hər daim mənə yardım edir.Sənət adamı emosiya və hissələr ilə yaşayır. Lakin, bəli, sənətə ayıracağım vaxtın az ol olmasından əziyyət çəkirəm. Amma biz rəssamları bilirsiz… İlham gəldisə gecə də olmuş olsa işləyirik!
Azərbaycanda rəssamlıqla məşqul olan gənclərimiz niyə tanına bilmirlər? Və buna səbəb nədir?
Fikrimcə sənət adamları, ələ xüsus rəssamlar birlik olsalar, yaradıcı gənc insana yol görsətsələr, tanınmağına yardım etsələr, kənardan görülən bu problem aradan qalxar. Düşünürəm hər gələn gənc nəsil ,yaşlı nəsildən daha yaradıcı və ağıllıdır. Əgər bu cür olmasa idi biz hələ də daş dövründə yaşayardıq. Bu təbiətin qanunudur. İnkişaf var ki,hər şey dəyişir və bunu bəzən yaşlı nəsil qəbul etmək istəmir. Bu gün cəmiyyətimiz də gənc rəssamları tanımaq üçün cəhd göstərmir. Öndə olan yaşlı nəsl tanınan rəssamlar, həqiqətən var və onlar öz şöhrətləri ilə gənc istedadları örtüblər. Fikrimcə yaşlı nəsil yenilikləri qəbul etməli və eqolarından keçməlidirlər. Bu gün elə gənc rəssamlarımız var ki, Azərbaycanımızı beynəlxalq arenalarda təmsil etməyə layiq və qadirdirlər. Bir tərfdən də biz istəsək də, istəməsək də zaman və dövr öz sözünü diktə edəcək. Gənclərə dəstək mütləq lazımdır.Mən tərəfdən bu hər zaman olacaq.İstedadı tapıb, cəmiyyətə təqdim etmək lazımdır. Necə ki, öz dövrümüzdə məni və mənim kimi gəncləri üzə çıxarıblar,bizim də borcumuz bu ənənəni davam etdirmək olacaq.
Ülviyyə xanım, sizin bir rəssam kimi dəst – xəttiniz kəskin seçilir. Bu yol sizi necə tapdı? Rəssamlıq istedadı sizə kimdənsə bəxş olunduğunu düşündüyünüz birisi varmı…

Bəli, düzgün vurğuladınız. Mənim dəsti xəttim məni özü tapıb desəm yanılmaram. Qeyd edim ki, rəssamlıq sənəti mənə irsi olaraq keçib. Həm Ata tərəfindən, həm Ana tərəfindən sənətlə ciddi məşğul olublar. Nənələrim gözəl xalçalar toxuyar, naxışlarını özləri vurar,iplikləin rənglərini özləri seçərdi. Atam gözəl rəssam və dəmir üzərində döymə ilə məşğuldur. Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır.
Çox maraqlıdır, Naxçıvan rəssamları hansı janra daha çox üstünlük verirlər?
Naxçıvan rəssamları çox şanslı insanlardır. Onlar Azərbaycanımızın möcüzələrindən və qədim şəhərlərindən birində doğulublar.Naxçıvan demək olar ta qədimdən sənət, incəsənət beşiyidir. Buranın gözəl mənzərəli yerləri insanı rəngləri ilə valeh edir, havası təmmiz, bulaqları ilə,şəlalələri ilə,qürurlu dağları ilə məftun edir insanı, qonaqpərvərliyi ilə tanınır. Naxçıvan rəssamları hər janrda işləyirlər, lakin Naxçıvan mənzərəsini çəkməyə üstünlük verirlər. Bu gün onlar həmdə ki ona görə şanslıdırlar ki, onlara dövlətimiz tərəfindən də böyük diqqət və qayğı göstərilir. Bu gün Naxçıvan rəssamları Bəhruz Kəngərli, İbrahim Safi irsinin davamçılarıdır desək yanılmarıq.
Səmimi həmsöhbətə görə Sizə təşəkkür edirəm, işlərinizdə Sizə uğurlar arzu edirəm.
Səidə xanım Sizə və ONN İnformasiya Agentliyinə öz təşəkkürümü bildirirəm. Sağ olun.
Səidə Seyidova

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png