Elçibəyin Ev Muzeyi ilə bağlı oğlundan AÇIQLAMA

“Hazırda atamla bağlı əşyaların toplanması ilə məşğuluq. Bu işdə əsasən bizə dost-tanışlar, atamla yaxın ünsiyyəti olmuş adamlar kömək edir. Atamın ev muzeyinin dövlət tərəfindən təmir olunmuş evdə açılmasını nəzərdə tuturuq”.
Bunu açıqlamasında Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. Əbülfəz Elçibəyin oğlu bildirib ki, eks-prezidentin ev muzeyinin açılması üçün vəsait lazımdır:
“Atamın ev muzeyinin açılması ilə bağlı hələlik heç bir yenilik yoxdur. Muzeyin nə zaman açılacağı da bilinmir. Çünki hazırda imkansızlıqdır. Muzeyin açılması üçün müəyyən vəsait lazımdır. Həmin vəsait də hazırda əlimizdə yoxdur. Həmin vəsait üçün heç kimə, dövlətə də müraciət edilməyib. Heç mən özüm də həmin evə köçməmişəm, orada yaşamamışam. Muzeyin necə olacağı ilə bağlı konkret planlar tərtib olunmayıb”.
Qeyd edək ki, 2019-cu ilin payızında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi təmir olunub. Təmirdən sonra eks-prezidentin ailə üzvləri həmin evdə Ə.Elçibəyin ev muzeyinin yaradılacağı anonsunu vermişdilər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png