DGK yeni statistika portalını təqdim etdi

"Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirir".
Bunu (www stats.customs.gov.az) “Ticarət Statistika Portalı”nın təqdimatı ilə bağlı keçirilən tədbirdə Komitəsnin Katibliyinin rəisi Anar Süleymanov bildirib.
Onun sözlərinə görə, “Ticarət Statistikası Portalı” da gömrük orqanlarının növbəti layihəsidir: “Ticarət Statistikası Portalı"nın yaradılmasının əsas məqsədi maraqlı tərəflər üçün Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir”.
O bildirib ki, bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək: “Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək, onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasını zəmin yaradacaqdır”.
A.Süleymanov vurğulayıb ki, portalın təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Komitə sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edi: “Bu portal sahibkarla rheç kəsə zəng etmədən daha rahat məlumat əldə edəcəklər.
Sonda o qeyd edib ki, ayrı-ayrı statistik məlumatlar ictimaiyyətə təqdim edisə də, burada ayrı-ayrı şirkətlərin biznes fəaliyyətləri ilə bağlı məlumatlar bu portalda üçüncü şəxslərə açıqlanmayacaq.
Dövlət Gömrük Komitəsinin əməkdaşı Eldar Abbsov isə portalın təqdimatı zamanı bildirib ki, “Ticarət Statistika Portalı”nın yaradılmasına 18 ay əvvəl vaşlanılıb və bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən öyrənilərək istifadə edilib: “Komitə hər ay statistik məlumatlarını ictimaiyyətə açıqlayır. Amma bir çox Qərb ölkələrində bu vizual olaraq təqdim edilir. Artıq biz də “Ticarət Statistika Portalı”nın vizual təqdim ediləcək”. 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png