Bakıda 14 qəbul məntəqəsi yaradıldı - SİYAHI

Bakıda istifadə olunmuş batareya daşlarının qəbulu məntəqələri yaradılıb.
Zibil qutusuna atılan bir batareya daşı ağır metallarla 400 litr su və ya 20 kvadrat metr ərazini çirkləndirə bilər. Zibil qutusuna atılan batareya daşı zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə yayılaraq qida və ya su ilə orqanizmizə daxil olacaq zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, reproduktiv və digər ciddi xəstəliklərə səbəb ola bilər.
Batareya daşlarının hamısında insan sağlamlığına çox ciddi ziyan vuran toksik elementlər var:
● qurğuşun - böyrəklərə, qaraciyərə və sinir sisteminə, sümük toxumasına təsir edir, qan hüceyrələrinin ölümünə səbəb olur
● kadmium - ağciyərə və böyrəklərə zərər verir
● civə - sinir sisteminə, qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir
● nikel və sink - əsasən mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir
● qələvilər - selikli qişaları və dərini yandırır
Bunun qarşısını almaq üçün, ilk növbədə çoxdəfəli akkumulyatorlarla əvəz etməklə batareya daşlarının istifadəsini azaltmalı, eləcə də istifadə olunduqdan sonra onlar qəbul məntəqələrinə təhvil verilməlidir.
Bakıda bunu IDEA Campaign tərəfindən quraşdırılan istifadə olunmuş batareya daşlarının toplanması konteynerləri vasitəsilə etmək olar.
Batareya daşlarının qəbul məntəqələrinin ünvanları:
1. 6 saylı məktəb-lisey.
Ünvan: Şövkət Ələkbərova küç, 2
2. 23 saylı orta məktəb
Ünvan: 28 May küç., 16
3. 132-134 saylı təhsil Kompleksi
Ünvan: İstiqlaliyyət küç.,, 51
4. BANM - Bakı Ali Neft Məktəbi
Ünvan: Xocalı prosp., 30
5. Oxbridge Academy
Ünvan: Heydər Əliyev prosp., 203
6. BOS - Baku Oxford School
Ünvan: Abbasqulu Abbaszadə küç., 8
7. MTK - Heydər Əliyev adina Müasir Təhsil Kompleksi
Ünvan: Səməd Vurğun küç., 1006
8. BIS - Baku International School
Ünvan: Əcəmi Naxçıvani küç., 3097
9. TISA - The International School of Azerbaijan
Ünvan: "Royal Park" YK
10. French Lyceum of Baku
Ünvan: Nobel prosp., 15
11. Baku European School
Ünvan: Həsən Məcidov kü.,, 7с
12. ADA University
Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11
13. DIA - Dovlət Idarəçilik Akademiyasi
Ünvan: Lermontov küç.,, 74
14. ABC - Azerbaijan British College
Ünvan: M Əliyev küç.,, 20/41

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png