Ata Abdullayev məhkəmədə diz çöküb yalvardı - GÖRÜN NƏ İSTƏDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib.
Dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. 
Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 
Məhkəmə prosesində çıxış üçün söz verilərkən Ata Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. 
Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 
İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png