İsmayıllıda narkotik alverçisi saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlunun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,330 qram çəkidə narkotik vasitə olan heroin və 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png