LONDONDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ

London meri Sadik Xan koronavirus epidemiyası ilə əlaqədar şəhər xəstəxanalarının dolması fonunda fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə mer tvitter səhifəsində yazıb:

“Londonun hər 30-cu sakini COVİD-19-a yoluxub. Biz dərhal tədbirlər görməsək, səhiyyə xidmətimiz yüklənəcək və daha çox insan öləcək”.

Sadik Xan şəhər sakinlərinə yalvararaq müraciət edib: “Evdə qalın və zərurət olmadıqca çölə çıxmayın”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png