İran nüvəni zənginləşdirir – İsraildən reaksiya

İsrail heç bir halda İrana nüvə silahı istehsal etməyə imkan verməyəcək.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İran bu qərarı ilə öz öhdəliklərini pozmağa davam edir. Uranın zənginləşdirilməsi səviyyəsini artırmağı, sənaye miqyasında onun zənginləşdirilməsi imkanlarını yeraltı obyektlərdə inkişaf etdirməyi hərbi nüvə proqramının reallaşdırılmasının davamından başqa cür izah etmək olmaz”, – deyə o bildirib.
Qeyd edək ki, İran Fordo nüvə obyektində uranı 20 faizə qədər zənginləşdirib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png