Avropa ölkəsi iflic oldu

İtaliyada kəskin hava şəraiti hökm sürür.
Ölkənin cənubunda həftəsonundan etibarən şiddətlənən sel və daşqınlar böyükmiqyaslı zərər vurub.
Emiliya-Romanya bölgəsindən keçən Panaro çayı daşıb və nəticədə 400 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Piqnolada əlverişsiz hava şəraitinin səbəb olduğu fəlakəti müşahidə etməyə gedən 51 yaşlı bələdiyyə üzvü su səviyyəsi artan kanala düşərək ölüb.
Siciliya adasında sel torpaq sürüşmələrinə yol açıb. Şiddətli külək səbəbilə gəmi səfərləri təxirə salınıb.
Şimaldakı Alto-Adiqe bölgəsində qarın qalınlığı 80-140 sm-ə çatıb. Bölgəyə kəskin qar yağışı davam edir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png