Bakı bu savaşda belə qalib gəldi- Qusman

Azərbaycan Vətən müharibəsində təkcə döyüş meydanında deyil, həm də informasiya savaşında qalib gələ bilmişdi.

Bu fikirləri Bakıda qonaq olan TASS-ın baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist Mixail Qusman bölüşüb.

“Azərbaycan 2020-ci ilin payızında hibrid müharibənin bütün istiqamətləri üzrə - siyasi, diplomatik və informasiya müharibələri - qalib gələ bilib. Səhv etmirəmsə, 44 gün ərzində Azərbaycan prezidenti dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 35 müsahibə verib. O, həqiqətləri bütün dünyaya çatdıra bildi.

Döyüş meydanında müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı, lakin informasiya müharibəsi heç vaxt bitmir. O, sakitləşə bilər, qapalı formata keçə bilər, başqa formalar alar, amma əslində həmişə davam edər... İnformasiya savaşının ən güclü silahı isə “feyk”lərdir. Bu “feyk”lərin arxasında böyük dövlətlər belə dura bilər”, - deyə rusiyalı jurnalist deyib


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png