Prezident Ukrayna ilə bağlı tapşırıq verib

"Cənab Prezidentin tapşırığı əsasında həm qida ehtiyatının yaradılması, həm də qiymət artımının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülməkdədir. Bu istiqamətdə zəruri addımlar atılır"
Bunu Baş nazir Əli Əsədov parlamentdə Ukraynada baş verən hadisələrin Azərbaycana təsiri ilə bağlı çıxış edərkən deyib.
"Qonşu ölkələrdə baş verən hadisələr ölkəmizə təsirsiz ötüşmür. Bununla bağlı cənab Prezident tərəfindən bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Təxliyə istiqamətində bütün çətinliklərə baxmayaraq bu gün səhərədək 9246 nəfər soydaşımız təxliyə olunub", - baş nazir deyib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png