Əli Əsədov Türkiyəyə gedir

Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.
İclasda Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Səfər çərçivəsində Ə.Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.
Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png