SON DƏQİQƏ: Bu ölkənin prezidenti saxlanıldı

Qvineya Prezidenti Alfa Konde üsyançılar tərəfindən saxlanılıb.
Xarici mətbuatda yayılan məlumatlara görə, polkovnik Mamadi Dumbuyanın rəhbərliyi altında xüsusi təyinatlılar tərəfindən çevriliş edilib.
Çevriliş nəticəsində bir sıra yüksək rütbəli məmurlar saxlanılıb.
Bir neçə saat öncə də yerli KİV prezident sarayının ərazisində atışma baş verdiyini yazmışdı.
Çevrilişin lideri polkovnik Dumbuya daha əvvəl Fransa Xarici Legionunda xidmət edib.
Qeyd edək ki, Alfa Konde Qvineyaya 2010-cu ildən rəhbərlik edir. O, 2020-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib. Səsvermədən sonra ölkədə iğtişaşlar başlayıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png