Türkiyə əsgərlərini Əfqanıstandan gətirən təyyarə Ankaraya endi

Türkiyə sülhməramlılarının ilk qrupunu Əfqanıstandan gətirən təyyarə Ankarada eniş edib.
Təyyarə 345 nəfərdən ibarət şəxsi heyəti Esenboğa hava limanına çatdırıb.
Əfqanıstandakı Türkiyə kontingenti ümumilikdə 500-ə yaxın hərbçidən ibarətdir.
Qeyd edək ki, ötən gün türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağı bildirilmişdi.
Bu gün milli müdafiə naziri Hulusi Akar təxliyə prosesinin qısa zamanda başa çatdırılacağını vurğulayıb. (trend)

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png