Rusiya təyyarəsi təcili eniş etdi

Utair aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi İqarka-Ufa marşrutu üzrə uçarkən Surqut aeroportunda təcili eniş etməlıi olub.
Bu barədə hava limanında bildirilib.
"Təyyarə eniş edib, hər şey qaydasındadır", – aeroportdan bildiriblər.
Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişin olub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png