Türkiyə hərbçiləri Əfqanıstandan çıxır

Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.
“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1 129 mülki şəxs təxliyə edilib", - nazirlikdən bildirilib.
Xatırladaq ki, Türkiyə hərbçiləri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png