Türkiyə sərhədini bağlayacaq - Ərdoğan

Türkiyədə yalan terroru aparılır. Bunu birlikdə aşacağıq. Xüsusilə sərhədlərdə tikdiyimiz divarlarla giriş və çıxışları tamamilə bağlayacağıq. Çünki bu sərhədlərdəki divarlarımız təhlükəsizlik divarlarıdır. Buna nail olsanız, Türk Silahlı Qüvvələri və mühafizə qüvvələrimizin yükü daha da yüngül olacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla sərhəddəki qoşun komandirlərinə müraciətində deyib.
“Çox fərqli bir dövrdəyik. Bir tərəfdən daşqınlar, digər tərəfdən isə yanğınlar. Bütün bunlar davam edərkən, qeybətə əsaslanan bir problem də var. İnanıram ki, bu şayiələrə söykənən problemləri aradan qaldıracaqsınız", - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi tərəfindən ölkənin İranla hava və quru sərhəddində yoxlamalar keçirilib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png